Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38
OpenSpace İnternet Portalı “Rusiyanın ən nüfuzlu intellektialı” sorğusunun nəticələrini açıqlayıb.

Ən çox səs toplayan yazıçı Viktor Pelevin olub.

Ona sorğuda iştirak edən 40 min respondentdən 2100-ü səs verib.

Pelevin “P nəsli”, “Çapayev və boşluq” kimi böyük uğur qazanmış romanların müəllifidir. O, rus ədəbiyyatında postmodernist cərəyanın nümayəndəsidir və əsərləri SSRİ dağılandan sonra Rusiyada yaşanan problemlərə həsr olunub.

Rusiyanın 10 ən nüfuzlu intellektualı arasında blogger Daniil Şapovalov, jurnalist Leonid Parfyonov, “YUKOS” şirkətinin keçmiş rəhbəri Xodorkovski, publisist Konstantin Krılov, patriarx Kiril, teleaparıcı Aleksandr Qordon, yazıçılar Boris Struqatski və Eduard Limonov da var.

Həmçinin oxu!

Pelevinin yeni romanı çıxıb

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG