Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:09

Bin Ladenin arvadlarından biri İranda yaşayır


Usaba bin ladenin arvadlarından biri və uşaqları son 8 ildir ki, Tehran ətrafında xüsusi mühavizə altında yaşayırlar.

Bu barədə Britaniya mətbuatı xəbər verir.

Times qəzeti yazır ki, söhbət bin Ladenin arvadlarından biri, onun 6 uşağı və 11 nəvəsindən gedir.

Məlumatlara görə onlar İrana, 2001-ci ildə Əfqanıstandan gediblər.

Bin Ladenin böyük oğullarından biri Ömər bin Laden qəzetə bildirib ki, bacı-qardaşları ona zəng etməyincə o, onlar barədə heç nə bilmirmiş.
XS
SM
MD
LG