Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38
Dekabrın 25-də məşhur Bakı milyonçusu Ağa Musa Nağıyevin 160 yaşı tamam olur. Bütün həyatı boyu çarpışıb-vuruşan, hamballıqdan milyonçuluğa qədər usanmaz bir yol keçən Ağa Musa ömrünün 50-ci ilində saysız-hesabsız sərvət sahibinə çevrilmişdi.

Oğlu İsmayılı vərəmə qurban verən, qızı Ümbülbanunu doğuş üstündə itirən bu Kişi amansız itkilərin boşluğunu tikdirdiyi binalarla doldururdu...

Binaların isə sayı-hesabı yox idi. Onun sayını üstündən uzun-uzun illər keçəndən sonra nəvəsi Dilarə xanım Nağıyeva hesablayacaq, çıxarışlarını (kupça) bircə-bircə toplayacaqdı…

AzadlıqRadiosunun «Can Bakı» proqramı bir daha doğum günündə Ağa Musa Nağıyevin xatirəsini anmağa qərar verib.

Gəlin, birlikdə Bakımıza «İsmailiyyə» kimi misilsiz sənət incisini bəxş edən, Şollar suyunun çəkilməsində ən önəmli maliyyəni boynuna götürən, şəhərin ən böyük xəstəxanasını ucaldan bu Bakı milyonçusunun həyat tarixçəsini bir də vərəqləyək.

Suallarınızı, Bakını Bakı eləyən bu məşhur milyonçu barədə bilmək istədiklərinizi dekabrın 24-ü saat 13-ə qədər bizə yollayın.

Qonağımız Ağa Musanın nəvəsi Dilarə xanım olacaq. Bu xanım az qala 20 ildir ki, milyonçu babasının pozulmuş hüquqlarını bərpa etmək uğrunda çarpışıb- vuruşur. Hətta onun haqqında «Ömrünü şam kimi əridən» adlı kitab da yazıb.

Bu vuruşların tarixçəsini bilmək, Dilarə xanımın hansı çətinliklərdən keçdiyini öyrənmək istəyirsinizsə, bizə qoşulun.

Soruşun-öyrənin, sual verin- cavab alın!
İki gün vaxtınız var.
Əvvəlcədən təşəkkürlər!

Şərhləri göstər

XS
SM
MD
LG