Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:38

Əfqanıstanda və Pakistanda döyüşməkdə təqsirləndirilənlər məhkəmə qarşısındadır


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri Anar Bilalovun və Əziz Qurbanovun məhkəməsi keçirilir. Hər iki şəxsə qarşı irəli sürülən ittihama görə, onlar ötən ilin əvvəllərindən başlayaraq bir neçə dəfə Əfqanıstana və Pakistana gediblər.

Həmin ölkələrdə fəaliyyət göstərən qanunsuz silahlı birləşmələr tərkibində hərbi təlimlər keçiblər və koalisiya qüvvələrinə qarşı döyüşlərdə iştirak ediblər.
2009-cu ilin yanvarında Bakıya qayıtdıqdan dərhal sonda Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunublar.

Vəkil Elman Osmanovun AzadlıqRadiosuna verdiyi məlumata görə, təqsirləndirilən şəxslər məhkəmə ifadələrində Əfqanıstanda və Pakistanda olduqlarını təsdiqləsələr də, döyüşlərdə iştirak etmədiklərini bildiriblər.

Məhkəmə prosesi davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG