Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Qırğız jurnalist Qennadi Pavlyuk vəfat etdi


Qırğız jurnalist Qennadi Pavlyuk bu gecə vəfat edib. Bir həftə əvvəl onu 6-cı mərtəbədə kirayələdiyi mənzilin pəncərəsində əli-ayağı bağlı atmışdılar.

Hadisə dekabrın 16-da Qazaxıstanın Alma-Ata şəhərində baş verib.

Pavlyukun həyat yoldaşı AzadlıqRadiosunun Qazax xidmətinə bildirib ki, meyit bu gün Alma-Atada yarıldıqdan sonra dəfn olunması üçün Bişkekə gətiriləcək.

Qennadi Pavlyuk bir neçə qəzetə, o cümlədən «Arqumentı i fakt» və «Komsomolskaya Pravda Qırğızıstanda» qəzetlərinə yazırdı.

Yaxınları və həmkarları jurnalistin ölümünü azad mətbuata hücum kimi dəyərləndirirlər.
XS
SM
MD
LG