Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:50

Türkmən qazı yenidən Rusiyaya veriləcək


Türkmən qazının Rusiyaya təchiz olunması ilə bağlı razılaşma yenilənib. Belə bir razılaşma Rusiya prezidenti Dmitri Medvedevin Türkmənistana səfəri çərçivəsində realaşıb.

Türkmənistan qazı doqquz ay fasilədən sonra yanvarın 10-dan yenidən Rusiyaya tədarük olunacaq.

Hər il Aşqabat Moskvaya 30 milyard kub metr qaz verəcək.

Aprel ayında türkmən qazını Rusiyaya daşıyan kəmərdə partlayış olandan sonra qaz təchizatı dayandırılmışdı.

Təchizatının dayandırılmasına görə Türkmənistan Rusiyanı günahlandırırdı.

Bu ayın əvvəlində Türkmənistanla Çin arasında yeni qaz kəmərinin təməli qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG