Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:37

AŞ missiyası müxalifətlə görüşə ümid edir


Avropa Şurasının seçkiqabağı müşahidə missiyası bələdiyyə seçkilərinə kimi müxalifət liderləri ilə görüşməyə ümid edir. Belə bir bəyanatı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi yayıb.

Konqres təəssüflənir ki, müxalifət partiyaları ilə görüşə bilməyib, bununla belə «müxalifəti ən son mərhələdə - dekabrın 23-dək dinləməyə hazır olduğunu» əlavə edib.

Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti Qaye Doğanoğlu bildirir ki, «müxalifət və beynəxalq ictimaiyyət arasında fikir mübadiləsinin aparılması Azərbaycananın demokratik inkişafının marağındadır».

Qaye Doğanoğlu dekabrın əvvəlində Azərbaycanda səfərdə olub, amma müxalifət partiyaları ilə görüşməyib. Müxalifət partiyalarını narazı salan Doğanoğlununun əvvəlcə hakim partiya ilə görüşməsi və gecikməsi olub.

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG