Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:23

Qumda toqquşma olduğu bildirilir


Iranda islahatçı qüvvələrə yaxınlığı ilə seçilən İnternet saytları xəbər verir ki, Ayətulla Montəzerinin Qum şəhərindəki dəfn mərasimində polislə müxalif qüvvələr arasında toqquşma olub.

Mühafizəkar qüvvələrə yaxın 2 min nəfər isə dəfn mərasiminə müdaxilə edib və onun yarımçıq kəsilməsinə nail olub.

Sözügedən İnternet saytları həmçinin müxalifət lideri Musəvinin maşınına Qum yaxınlığında hücum olunduğunu, bir köməkçisinin xəsarət aldığını bildirir.

İnternet saytlarına istinadla bu xəbərləri Röyters agentliyi yayıb, amma bu xəbərləri müstəqil mənbələr vasitəsilə dəqiqləşdirmək mümkün olmayıb.

Çünki media orqanlarının Quma müxbir göndərməsinə imkan verilməyib.

Montəzeri İrandakı islahatçı qüvvələrin mənəvi lideri sayılırdı. O, 1979-cu ildə İslam İnqilabının liderlərindən olsa da, sonradan müxalif fikirlərinə görə ev dustağı edilmişdi.
XS
SM
MD
LG