Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:37

Nağıl kitabı 115 min dollara satıldı


Məşhur ingilis yazıçısı Lüis Kerrolun “Alisa güzgülər ölkəsində” əsərinin nüsxəsi Amerikadakı “Profiles in History” hərracında 115 min dollara satılıb.

1871-ci ildə çap olunan həmin kitabın Alisa Lidellə məxsus olduğu bildirilir.

Əsərdəki qızcığaz məhz 10 yaşlı Alisa Lidelin prototipidir. Alisa Lidell yazıçı və riyaziyyatçı Lüis Kerrolun bir alim dostunun qızı olub.

Əsl adı Lüis Dodson olan və Kerrol təxəllüsü ilə bədii əsərlər yazan yazıçı 1862-ci ildə piknik zamanı dostunun 10 yaşlı qızına nağıl danışıb və sonradan onu qələmə alıb.

Auksiona çıxarılmış nüsxənin yazıçı tərəfindən Alisaya bağışlandığı deyilir.
XS
SM
MD
LG