Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:37
«Hazırda parlamentdə Heydər Əliyev, hətta Murtuz Ələsgərov demokratiyası da aradan qalxmaqdadır. Qanunlarda da deklarativ xarakterli müddəaları nəzərə almasaq qalan bütün məsələlər icra hakimiyyətinə göndəriş verir. Son vaxtlar vəziyyət bir qədər də çətinləşdirilir».

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn belə deyir.

O, bildirir ki, parlament «hüquqi normativ aktlar haqqında konstitusiya qanunu» qəbul etmək ərəfəsindədir:

«O Konstitusiya Qanunu qəbul edildikdən sonra qanunvericilik məsələsində icra hakimiyyətindən kənar orqanların iştirakı ümumiyyətlə qeyri mümkün olacaq. Bu, respublikanın tabutuna növbəti mismarların vurulmasıdır».

Pənah Hüseyn deyir ki, bu qanunvericilik məsələlərində elə tələblər qoyulur ki, ayrı-ayrı deputatların təşəbbüsü ilə hansısa məsələnin qaldırılması sadəcə mümkün olmayacaq. Hətta parlament öz qanunvericilik planın prezident və baş nazirlə razılaşdırmalıdır. Guya deyirlər bu əlaqələndirmədir, amma bunun əlaqələndirməyə dəxli yoxdur. Elə olsaydı Prezident Administrasiyası və icra aparatı da öz qanunvericilik planını parlamentlə razılaşdırardı».

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG