Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

«Nasosnı»ya enmə iz azdırmaq üçün də ola bilərdi…»


İlham İsmayıl
İlham İsmayıl
«Banqkokda saxlanmış silah-sursat dolu təyyarə hələ yük dalınca Şimali Koreyaya gedərkən Bakıda yerə təkcə yanacaq doldurmaq üçün enməyib. «Nasosnı»ya enmə iz azdırmaq üçün də ola bilərdi, başqa səbəb də mümkündür. Çünki təyyarənin marşrut xətti də istiqamət üzrə sabit deyil. Hər halda perspektivdə nə olacağını istintaq göstərəcək. Çünki hələ istintaq gedir və bu işlə ciddi təşkilatlar məşğul olurlar».

AzadlıqRadiosunun «İşdən sonra» proqramının qonağı olan «Təhlükəsizlik» araşdırmaları mərkəzinin rəhbəri İlham İsmayıl belə deyir.

Dekabrın 9-da Şimali Koreyadan silah daşıyan və həm yükü, həm də minik (uçuş) heyəti ilə birlikdə Tailandda həbs olunub. ABŞ qaynaqları yazır ki, təyyarə havaya Bakı yaxınlığındakı «Nasosnı» hərbi hava limanından qalxıb.

Ekspert məsələyə münasibətdə birmənalı söz deməyin çətin olduğunu bildirməklə yanaşı, sual doğuran çox məqamların olduğunu vurğulayır:

«Qayıdanbaşı təyyarənin yenidən Bakıda enməsi isə inandırıcı olmazdı. Şimali Koreyadan gəlib İranın iki addımlığında enmə artıq şübhə doğura bilərdi. Amma təyyarə Tailanddan problemsiz çıxıb Azərbaycanda ensəydi də mütləq ona baxılıb saxlanılardı. Və bu Azərbaycan xüsusi xidmət orqanlarının, eləcə də bütövlükdə dövlətin dünyaya, o cümlədən də terrorizm sahəsində əməkdaşlıq etdiyi Amerikaya böyük töhfəsi olardı».

İlham İsmayıl hesab edir ki, ümumiyyətlə tranzit yüklərin Azərbaycandan keçməsinə mütəşəkkil cinayətkarlığın tərkib hissəsi kimi də xüsusi nəzarət olmalıdır.
XS
SM
MD
LG