Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:11

Fransa Iranın məhbus dəyişmək təklifini rədd edib


Tehran təklif edirdi ki, o, İranda küçə nümayişlərinin təşkilində ittiham edilib tutulan fransalı alim Clotilde Reissi azad etsin, Fransa isə bunun əvəzində keçmiş baş nazir Şapur Bəxtiyarı öldürmək ittihamı ilə məhkum edilmiş iranlı casus Əli Vəkili Radı azadlığa buraxsın.

Fransanın xarici işlər naziri Kuşner deyib ki, İran prezidentinin təzyiqləri qarşısında geri çəkilməyəcəklər. “”Biz bu təklifi yerinə yetirməyəcəyik. Hətta istəsək də bu, mümkün deyil”.

Vəkili Rad 1998-ci ildə ömürlük həbsə məhkum edilib. Fransa qanunlarına görə, onunla bağlı hər hansı digər qərar üstündən 18 il keçməmiş verilə bilməz.

Bir neçə gün qabaq İran prezidenti deyib ki, fransalı alimi ölkəsinə qaytarmağa hazırdılar, amma bu. Fransanın özündən asılıdır. Amma Əhmədinejad “Fransadan asılıdır” deyəndə konkret olaraq nəyi nəzərdə tutduğunu deməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG