Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:44

İranda müxalifətdən yazan qəzeti bağlayıblar


Iranda islahatçı qruplara yaxınlığı ilə seçilən daha bir qəzeti bağlayıblar.

Mətbuata nəzarət edən idarə eyni düşərgədən olan İLNA informasiya agentliyinə də xəbərdarlıq edib ki, müxalifət qrupları və onların fəaliyyəti haqda məlumatlar yaymasın. (DPA)

Rəsmi İSNA agentliyi xəbər verir ki, “Əndişeyi No” (Yeni fikir) qəzeti “mətbuat qanununa zidd fəaliyyətinə görə” qadağan edilib.

Bu ayın əvvəlində islahatçı qruplara yaxınlığı ilə seçilən “Həyate-No” (Yeni həyat) qəzeti də qapadılmışdı.
XS
SM
MD
LG