Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:17
19-cu əsrin görkəmli rus yazıçısı İvan Turgenevin Fransadakı evi təhlükə qarşısındadır.

Bunu Fransanın mədəniyyət naziri F.Mitterana ünvanladıqları məktubda bir qrup fransız mədəniyyət xadimi (o cümlədən Marina Vladi, rejissor Rober Osseyn, yazıçı Marik Xalter) deyirlər. Məlumatı "Literaturnaya Rossiya" qəzeti yayıb.

Bujivaldakı evi və 8 hektar torpaq sahəsini Turgenev 1874-cü ildə alıb.

Yazıçı elə həmin evdə də dünyasını dəyişib.

1983-cü ildə Turgenevin Dostları Assosiasiyasının təşəbbüsü ilə həmin evdə yazıçının muzeyi təşkil edilib və ianələr hesabına fəaliyyət göstərməyə başlayıb.

İndiyəcən Turgenevin evi öz ilkin görkəmini qoruyub saxlayırdı.

Amma bu yaxınlarda evi kirayə götürən şəxs burada dəyişikliklər etmək istəyir. O, evdə yenidənqurma işləri aparmaq, parkda isə tikinti aparmaq fikrindədir.

Müraciət müəllifləri hesab edir ki, bu, yazıçının ömrünün son illərini keçirdiyi evin aurasını məhv edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG