Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:53

Müntəzirinin dəfnində hökumət əleyhinə şüarlar səslənib


Bu gün İranda müxalif baxışlı ayətulla Hüseyn Əli Müntəzirinin dəfn mərasimində minlərlə adam iştirak edib. Dəfnə gələnlər hökumətə qarşı şüarlar səsləndiriblər. Dəfn mərasimində müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi də iştirak ediblər.

87 yaşlı Müntəziri 1979-cu il İslam inqilabının əsas ideoloqlarından biri olub. O dəfələrlə indiki hakimiyyəti İslam dininin adından istifadə edib ölkədə diktatura qurmaqda ittiham edib.

XS
SM
MD
LG