Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:39

İrandan Azərbaycana silah gətirənlərin məhkəməsi sona çatıb


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunanların məhkəməsi sona çatıb.
Beş nəfər 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilib. Üç nəfər 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması ilə cəzalalandırılıb. İki nəfərin cəza müddəti başa çatdığına görə məhkəmə zalından azadlığa buraxılıb.

İttiham olunanları MTN əməkdaşları bu ilin martında həbs eləmişdi.


XS
SM
MD
LG