Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:43

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bu barədə onlarda hər hansı məlumat olmadığını bildirib.


***

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin rəsmisi Arif Babayev isə AzadlıqRadiosuna bildirib ki, onlarda məsələ haqqında məlumat yoxdur:

«Bu məlumatı kim yayıbsa gedin onlardan soruşun».


***
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov AzadlıqRadiosuna deyib ki, bu məsələ dövlət siyasəti məsələsi olmadığı üçün onlar bununla məşğul olmur və məsələ barədə məlumatlı deyillər.

***
Sözügedən faktı yalnız «AZAL» şirkəti təkzib edib. Şirkətin mətbuat xidmətinin başçısı Məhərrəm Səfərli AzadlıqRadiosuna bildirib ki, Azərbaycanın hava məkanında belə bir təyyarə olmayıb.

***

Silah satışı üzrə ekspertlərin əldə etdiyi sənədlərdən məlum olub ki, bu günlərdə Banqkokda saxlanmış silah-sursatla dolu təyyarə İrana enməliymiş. Tailand rəsmilərinin verdiyi məlumata görə, yükünü Şimali Koreyadan doldurmuş İL-76 təyyarəsində 35 ton silah olub.

ABŞ və Belçika mütəxəssislərinin əldə etdiyi məlumata görə, təyyarə Banqkokdan sonra Şri-Lanka, Birləşmiş Ərəb Əmirliyi və Ukraynada da enib yanacaq doldurmalı, son olaraq Tehranda yükünü boşaltmalıymış. İran rəsmiləri heç bir şərh verməyiblər.

***

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Tailandda həbs olunan silah yüklü təyyarə ilə bağlı heç bir məlumata malik olmadığını deyir.

Wall Street Journal qəzeti dekabrın 9-da Bakıdakı Nasosnı stansiyasından qalxan təyyarənin Dubay və Banqkokda qısa müddətə dayandıqdan sonra Pxenyanda yükləndiyini, geri döndüyü zaman dekabrın 10-da Tailand hüquq mühafizə orqanları tərəfindən həbs olunduğunu yazır.

Qəzetin verdiyi məlumata görə, təyyarənin hava marşrutunda son dayanacağın Tehran olduğu göstərilib.

Təyyarənin rəsmi sənədlərində isə onun neft avadanlığı daşıdığı göstərilibmiş.

* * *
Şimali Koreyadan silah daşıyan və Tailandda yükü və minik heyəti ilə birlikdə həbs olunan təyyarə ətrafında baş verən qalmaqal böyüyür. Amerika mətbuatı təyyarənin həbsi ilə bağlı açıqlamasında onun Azərbaycanın hərbi aerodromundan istifadə etdiyi bildirilir.

Məlum olduğu kimi, ötən həftə Azərbaycan tərəfi təyyarənin Bakıda yerə enməsi haqda xəbəri təkzib etmişdi.

Hazırda redaksiyamız məsələyə aydınlıq gətirmək üçün Azərbaycan rəsmiləri ilə əlaqə yaradır.

AzadlıqRadiosunun qalmaqalla bağlı ətraflı yazısını tezliklə oxuya bilərsiniz. Bizi izləyin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG