Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:31

Bayramqabağı qiymətlərin qalxmaması üçün nazirlik monitorinqə başlayıb


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak mallarının qiymətlərinin gündəlik monitorinqinə başlayıb.

Monitorinqə səbəb qarşıdan gələn bayramlarla bağlı qiymətlərin qalxa biləcəyi ehtimalıdır. Azərbaycanda adətən bayramqabağı ərzaq mallarının qiyməti artırılır. Antiinhisar və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti monitorinq aparmaqla qiymətlərin artırılmasının qarşısını almağa çalışır.

XS
SM
MD
LG