Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:10

Gürcüstan üçün ən yadda qalan hadisə nə oldu?


İnanın mənə, bəlkə də respondentlərimə bu qədər çətin sual verdiyim olmamışdı
İnanın mənə, bəlkə də respondentlərimə bu qədər çətin sual verdiyim olmamışdı
İnanın mənə, bəlkə də respondentlərimə bu qədər çətin sual verdiyim olmamışdı. Hər halda respondentlərin reaksiyasını müşayiət edərək belə qənaətə gəlmək olardı. Sualıma cavab vermək üçün hər biri bir saat rüsxət istəyirdilər. Sual isə elə də çətin deyildi və təxminən belə səslənirdi: Bu il Gürcüstan üçün ən yadda qalan hadisə nə oldu?

Respondentlər - hökumət, müxalifət nümayəndələri, tanınmışlar, adi vətəndaşlar və bir də xüsusi bir şəxs – Santa Klaus oldu.

Ən çox xatırlanan hadisələr Namaxvansk Su Elektrik Stansiyası üçün kaskadın tikintisindən tutmuş Keti Meluanın konsertinə kimi bir çox hadisələr oldu. İlin ən mühüm hadisəsi siyahısına 9 apreldən başlayıb 116 gün davam edən aksiya başçılıq edir.

«116 GÜN DAVAM EDƏN ETİRAZ MÜHÜM HADİSƏDİR»

Reinteqrasiya məsələləri üzrə nazir Temur Yakobaşvili:

- Mənim üçün 2009-cu ilin ən mühüm hadisəsi Gürcüstanda hökumət dəyişikliyinə çalışan müxalifət mitinqinin dinc başa çatması oldu.

Millətçilərin lideri Akakiy Asatiani:

- Ən vacib mitinqlər idi, mitinqlərin müsbət və mənfi cəhətləri vardı.

«Vahid Gürcüstan» Hərəkatının lideri Eka Beseliya:

- Gürcü xalqının azadlığı və iradəsi uğrunda 116 gün davam edən etiraz mühüm hadisədir. İctimaiyyət göstərdi ki, böyük gücə malikdir və hakimiyyəti əlinə ala bilər.

«Rezonans» qəzetinin redaktor müavini Eliso Çapidze:

«REDİSSON» VƏ «ŞERATON» MEHMANXANALARININ AÇILMASI

- Mən 26 may hadisəsini deyərdim. Həmin gün çoxlu sayda insan stadiona toplaşıb, hökumətin siyasətinə etirazını bildirdi və bu həqiqətən də hökuməti düşündürməyə məcbur edən mühüm aksiya idi. Digər mühüm cəhət aksiyanın dinc keçməsi oldu.

Eliso Çapidzenin fikrincə, ən yadda qalan hadisələrdən biri də Rusiya-Gürcüstan müharibəsini araşdıran müstəqil beynəlxalq komissiyanın hesabatı idi. Jurnalist hesab edir ki, Avropa siyasətçiləri uzun müddət Gürcüstanla münasibətdə məhz bu hesabata əsaslanacaqlar.

Parlamentin vitse-spikeri Qiqi Çereteli üçün müxalifətin geniş miqyaslı aksiyalarından başqa ən mühüm hadisə Tbilisidə «Redisson» və Batumidə «Şeraton» mehmanxanalarının açılmasıdır.

- Məni sevindirən bir neçə layihələr – «Redisson» və «Şeraton» otellərinin açılışı oldu. Bu, sadəcə ad deyil. Tbilisi sakinləri üçün «Rediosso»nun açılışı müəyyən uğur deməkdir.

CO BAYDENİN SƏFƏRİ


Tarixçi Laşa Bakradze də yaz aylarında müxalifətin keçirdiyi aksiyaların əhəmiyyətini vurğulayır. Onun üçün xüsusi əhəmiyyətli hadisə isə ABŞ-ın vitse-prezidenti Co Baydenin Gürcüstana səfər etməsi olub:

- Bu il mənim üçün vacib heç nə olmadı. Əgər dərindən düşünsəm, mən Amerikanın vitse-prezidenti Co Baydenin səfərini deyərdim.

Co Baydenin səfərinin ilin hadisəsi olduğunu parlament sədrinin müavini Rusudan Kervalişvili də qeyd edir:

- Xüsusi olaraq Baydenin Gürcüstana səfərini vurğulamaq istəyirəm. Bu səfər ümid səfəri idi.

Xristian-Demokratların lideri Nika Laliaşvilinin fikrincə, insanlar üçün əsas həyatdır. Onun özü üçün 2009-cu il səhiyyə sahəsindəki yeniliklərlə bağlıdır:

- Onkologiya və ürək cərrahiyyəsi sahəsində maliyyələşmə artırılıb. Yəni minlərlə insan vəsait çatışmazlığının səbəb ola biləcəyi ölümdən qurtulublar.

KONSTİTUSİYA KOMİTƏSİNİN YARADILMASI

Politoloq Soso Çinçadze deyir ki, 2009-cu ilin ən mühüm hadisəsi Konstitusiya Komitəsinin yaradılmasıdır:

- Konstitusiya Komitəsinin və bəzi konstitusiya maddələrinin işlənilməsi vacib hadisədir.

AzadlıqRadiosunun gürcü xidməti eyni sualı fotoqraf Quram Çibaxaşviliyə ünvanlayıb. O isə ölkədə mədəniyyət sahəsində baş verənləri qeyd edib:

- Xaricdə «Gürcüstanda doğulanlar» adlı bir neçə sərgi keçirilib. Venesiyada, Amsterdamda, Kobra muzeyində...Bu, müstəqil Gürcüstan mədəniyyəti sərgisi idi.

KETİ MELUANIN OPERADAKI KONSERTİ

Reportajı hazırlayarkən diktofona Giorgi adlı Santa Klausun da səsi düşüb, o Yeni il münasibəti ilə gəlib-gedəni təbrik edirdi. Gürcü Santa Klausu üçün 2009-cü ilin ən yadda qalan hadisəsi isə...

- 14 iyul, Keti Meluanın operadakı konserti olub...

Bu sual Rustaveli küçəsi ilə addımlayanlar üçün də asan olmadı. Cavablar daha rəngarəng oldu. Namaxvansk Su Elektrik Stansiyası üçün kaskadın tikintisindən, «donuz qripi»ndən, iki mərtəbəli Tbilisidən tutmuş, bir az da şəxsi məsələlərdən danışdılar:

- Uşaqlar, sizin üçün ən yadda qalan hadisə nə olub?

- Qoriyə kimi yolun tikintisi. Həm də SES-in tikintisi.

- «Donuz qripi» çox vacibdir.

- Şəhər böyüyür və gözəlləşir, tezliklə ikimərtəbəli Tbilisi görəcəyik. Çoxlu sayda yeni körpülər peyda olub.

- Maraqlı heç nə baş vermir. Ən vacibi odur ki, ürəyimdə əməliyyat keçirdim və hazırda ayaq üstündə dayanıram.

Elə də çətin olmayan suala cavab almaq asan olmasa da, ilin ən mühüm hadisələrinə subyektiv qiymətləndirmə deyəsən alındı.
XS
SM
MD
LG