Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:56

«Azərbaycanda siyasi mübarizə qadağandır»


Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Oruc deyir ki, budəfəki bələdiyyə seçkilərində 1999 və 2004-cü il seçkilərindəki ajiotaj yaşanmır. Səbəb həm bələdiyyələrin icra strukturlarından asılılığı, həm də bələdiyyələrin səlahiyyətlərinin az olmasıdır:

Zahid Oruc
«Təbii, müxalifətin seçkilərdə zəif iştirakı da öz sözünü deyib. Digər tərəfdən, bələdiyyə seçkiləri hakimiyyət məsələsini həll etmədiyindən parlament və bələdiyyə seçkilərindən daha az maraq doğurur».

Siyasi şərhçi Azər Rəşidoğlu isə düşünür ki, ölkədə seçkilərin belə passiv keçməsinin səbəbi daha çox ölkədə real siyasi mübarizə imkanlarının olmamasıdır:

«Azərbaycan müxalifəti acınacaqlı duruma salınıb. Hakimiyyət inzibati resurslardan yararlanaraq müxalifəti sıradan çıxarıb. Regionlarda da, paytaxtda da müxalifətçilər üçün görünməmiş maneələr var. Bu, bir tərəfdən, hakimiyyətin qanunsuz addımları anlamına gəlirsə, digər tərəfdən, müxalifətin zəifliyi və düzgün strategiya yürütməməsinin nəticəsidir».

Azər Rəşidoğlu
Azər Rəşidoğlu deyir ki, Azərbaycanda birpartiyalı sistem formalaşdırılıb. İnsanlar seçkilərlə demokratik dəyişikliklərin mümkünlüyünə inanmır. Ölkədə müxalif düşüncə qadağan olunduğundan insanlar siyasi mübarizəyə qoşulmaqdan çəkinir.

Azərbaycanın üzv olduğu beynəlxalq qurumlar dəfələrlə Azərbaycan hökumətinə bələdiyyələrin səlahiyyətlərinin dəqiq müəyyənləşdirilməsi üzrə tövsiyələrini veriblər.

Zahid Oruc hakimiyyətin bu tövsiyələri hansı səbəblərdən nəzərə almadığını belə açıqlayır:

«Azərbaycan hökuməti hətta bu tövsiyələri nəzərə alsaydı belə, bələdiyyələrin Azərbaycan cəmiyyəti üçün əvəzolunmaz quruma çevrilməsi mümkün olmayacaqdı. Çünki Azərbaycanda bu ənənə olmayıb. Digər tərəfdən də, səlahiyyətlərin və mülkiyyətin bölüşdürülməsi hər zaman ağrılı proses olub. Bunu istəmək nə qədər realdırsa, onu gerçəyə çevirmək o qədər çətindir»…

Buna da bax:

XS
SM
MD
LG