Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:27

«Azərbaycan Amerikanın dostu deyil»


«Azərbaycan demokratiya idealından uzaqdır»

«Azərbaycan demokratiya idealından uzaqdır»

«Mən S.Rob Sobhaninin «Qədim «İpək yolu»nda yeni imkan» başlıqlı yazısından məyus olmuşam».

Bunu «Vaşinqton Taymz» qəzetinə məktubunda London İqtisadiyyat Məktəbindən Aslan Amani yazıb. Məktubda deyilir ki, cənab Sobhaninin Yaxın Şərqdə model kimi təqdim etdiyi Azərbaycan demokratiya idealından uzaqdır:

«O qədər uzaqdır ki, Birləşmiş Ştatlarda hansısa siyasi hakimiyyətin Sobhaninin təkliflərinə ciddi yanaşacağı ehtimalı son dərəcə azdır».

Məktubda daha sonra oxuyuruq:

«Fakt odur ki, Azərbaycan dünyada ən çox korrupsiyalaşmış ölkələrdən biri olaraq qalır. «Transparency International» təşkilatına əsasən, Azərbaycanda Liviya, Suriya və Pakistan kimi müsəlman dövlətlərinin hamısından daha çox korrupsiya var».

Aslan Amani yazır ki, Azərbaycan iqtisadiyyatı oliqarxların ciddi nəzarəti altındadır. Oliqarxlar əksər hallarda əsasən dövlət rəsmilərinin ailə üzvləridir. Hətta cənab Sobhaninin yazısında iltifatla qeyd olunan «Paşabank»a da Azərbaycan prezidentinin yaxın qohumları nəzarət edir. Düzdür, iri və daha yaxşı əlaqəli şirkətlər Azərbaycanın avtoritar siyasi iqtisadiyyatında irəliləyə bilər. Ancaq kiçik və orta Amerika şirkətlərinin uğur qazanacağı ehtimalı azdır».

Aslan Amani əlavə edir ki, Azərbaycan Amerikanın dostu deyil. Dostu olsaydı, ABŞ Konqresinin maliyyələşdirdiyi radionun milli tezlikdən yayımına qadağa qoymazdı. Ötən ilə qədər AzadlıqRadiosunun Azərbaycan xidməti ölkədə ən mühüm azad və ədalətli məlumat mənbəyi idi. 20 il əvvələ qədər radio ABŞ-ın milli maraqlarına xidmət edib, Sovet İttifaqında azadlıq arzusunu yox olmağa qoymurdu.

Məktubda deyilir ki, Amerikanın dostu jurnalistləri öldürmür, ya da həbs etmir:

«Cənab Sobhaninin məqaləsində Azərbaycan hökumətinin iki böyük qəzetin baş redaktorunu həbsdə saxladığı qeyd olunmur. Bu yaxınlarda ABŞ-da təhsil almış bloqqer Emin Milli də siyasi məhbuslar siyahısına əlavə edilib... Azərbaycan yüksək təhlükəli neo-avtoritarizmin nümunəsidir. Hansı ki, beynəlxalq aləmin gözündə hörmətli görünmək üçün milyonlarla dollarını lobbiçilik fəaliyyətinə sərf edir. Mən ümid edirəm ki, prezident Obama nəinki Azərbaycan prezidenti İlham Əliyevi Ağ Evə dəvət etməyəcək, həm də Dövlət Departamentinə göstəriş verəcək ki, insan haqlarına hörmət etməsi üçün ona təzyiq etsin».

Müəllif yazır ki, Amerika vətəndaşlarının azadlıqları hesabına varlanan ailələrə yox, fərdi azadlıqlar uğrunda mübarizə aparanlara dəstək verməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG