Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:17

Kopenhagen konfransında formal razılıq əldə olunub


Kopenhagen sammitində İqlim dəyişikliyi ilə bağlı qətnamənin layihəsi formal olaraq qəbul edilib.

Amma sənədə razılaşmanın lehinə və əleyhinə olan ölkələrin adları salınacaq.

İnkişaf etməkdə olan ölkələr ABŞ və iqtisadi cəhətdən inkişaf etmiş digər ölkələrin dəstəklədiləri bu plana qarşıdılar.

Boliviya,Venesuela və Sudan kimi bir sıra ölkələr planın zəif olduğunu və iri dövlətlər tərəfindən ədalətli hazırlanmadığını deyirlər.

Sənəddə havaya buraxılan dəm qazlarının azaldılması və qlobal istiləşməylə mübarizə aparmaq üçün 2012-ci ilədək inkişaf etməkdə olan ölkələrə 30 milyard dollar yardım edilməsi nəzərdə tutulur.

Amma bu sənədin hüquqi qüvvəsi yoxdur.

Avropa Birliyi ümumilikdə razılaşmanı dəstəkləsə də bir sıra Avropa liderləri sənədin hüquqi qüvvəsi olmaması və orda gələcək tədbirlərin nəzərdə tutulmamasından narazı qalıblar.
XS
SM
MD
LG