Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:24

«Xalq etiraz etmirsə, deməli kütləvi mazoxizm var»


Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
«Xalq etiraz etmirsə, bu o deməkdir ki, kütləvi mazoxizm var».

ADP sədri Sərdar Cəlaloğlu AzadlıqRadiosunun «İşdən sonra» proqramında bunu dedi.

Onun dediklərindən sitatlar:

- «Müxalifət həm də ona görə zəifdir ki, sosial-iqtisadi problemlərin həllini belə ondan umurlar»…

- «Ölkədə 10 minə yaxın QHT var, lakin etirazları ancaq müxalifətdən gözləyirlər.
Müxalifət siyasi məsələlərlə məşğul olmalıdır. Müəssisələrdə isə kiminsə əmək və ya sosial hüququ pozulursa, bununla həmkarlar məşğul olmalıdır. Bütün dünyada belədir. Amma siz heç görmüsünüzmü ki, Azərbaycanda həmkarlar etiraz aksiyası keçirsinlər?»…

- «Gənclər elə zəhərlənib ki, mən onların gələcəyi ilə bağlı çox bədbinəm. Gənclər partiyalara üzv olmurlar, amma hansı bara girsən, doludur. Bizi bəyənmirlərsə, qoy özləri bir partiya yaratsınlar. Gənclər ucuz əyləncədən imtina edib siyasi partiyalara üz tutmalıdırlar»…

- «7777 dəlisi olmasaydı, Koroğlu da Koroğlu olmazdı. Amma o, da sonda tək qaldı, çünki dəlilər hərəsi bir tərəfə dağıldı»…

- «Bizim gürcülərə çatmağımıza çox var, çünki aramızda böyük mədəniyyət fərqi var»…

SƏRDAR CƏLALOĞLU İLƏ SÖHBƏTİ AUDİODA DİNLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG