Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:36
Dekabrın 18-də Azərbaycan neftini daşıyan 1000-ci tanker Ceyhan limanından yola düşüb.

Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şaban AzadlıqRadiosunun «İşdən sonra» proqramına bildirib ki, bu hadisə ilk növbədə BTC-nin kommersiya baxımından özünü doğrultmayacağı barədə Azərbaycandan kənarda gedən mübahisələrə birdəfəlik son qoydu:

«İlk tanker Ceyhandan 2006-cı ilin 4 iyununda yola salınmışdı. Təqribən 2 il 7 ay sonra biz artıq 1000-ci tankeri yola salırıq. Bu günə artıq 106 milyon ton neft (791 milyon barrel) BTC ilə ixrac edilib. Yəni bu vaxtı ilə BTC-nin əleyhinə olanlar üçün kifayət qədər böyük bir hadisədir».

İlham Şaban BTC-nin kommersiya baxımından özünü necə doğrultduğunu belə izah edir:

«Rusiyanın gecə-gündüz müzakirə etdiyi 1500 km-lik Tengiz-Novorosiysk kəməri ilə hazırda xarici şirkətlər 1 ton neftin nəqli üçün təqribən 42 dollar xərc çəkirlər. Əlavə olaraq həmin neftin Aralıq dənizinə çaxarılmasına da 10 dollara qədər vəsait sərf olunur. 1800 km-ə yaxın məsafəlik BTC ilə Səngəçal terminalından Ceyhan limanına isə 1 ton neft təqribən 38 dollara daşınır (1 barrel neftin nəqli üçün cəmi 5 dollar). Onu da nəzərə almaq lazımdır ki, Tengiz-Novorosiysk kəmərinin tutumu BTC-dən 2 dəfə azdır».

Şərhləri göstər

XS
SM
MD
LG