Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:40

Pakistanın müdafiə nazirinin ölkədən çıxmasına qadağa qoyulub


Pakistanın müdafiə nazirinin ölkədən çıxmasına qadağa qoyulub. Səbəb Ali Məhkəmənin ona qarşı vaxtilə irəli sürülmüş, lakin sonradan geri götürülmüş korrupsiya ittihamlarını srağagün bərpa etməsidir.

Nazir Əhməd Muxtarın dediyinə görə, Çinə rəsmi səfərə getmək üçün təyyarəyə minərkən ona qarşı korrupsiya ittihamının olduğu əsas gətirilərək uçuşuna icazə verilməyib.

Ali Məhkəmənin qərarına əsasən, 250-yə yaxın yüksək vəzifəli şəxsin korrupsiya ittihamından azad olunması barədə o vaxtkı prezident Pərviz Müşərrəfin 2007-ci ildə verdiyi amnistiya qərarı ləğv edilib.

XS
SM
MD
LG