Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

Korrupsiya əleyhinə monitorinq təxribat adlandırılır


İlqar Nəsibov
İlqar Nəsibov
Məlumatda deyilir ki, Naxçıvanda QHT üzvləri İlqar Nəsibovun, Vəfadar Eyvazovun və Elman Abbasovun "müəyyən qrupların basqınına məruz qalıb döyülməsi ağ yalandır". Belə məlumatlın kütləvi indormasiya vasitələrinə ötürülməsi isə "maraqlı qüvvələrin yeni təxribatçılıq əməllərinin tərkib hissəsidir"

AzərTAcın yaydığı bu açıqlamada qeyd edilir ki, QHT üzvlərinin korrupsiyaya qarşı keçirdikləri monitorinq qanunsuz olub və ictimaiyyətin çaşdırılmasına xidmət edir.

"Aydın olub ki, adıçəkilən şəxslər Naxçıvan Dövlət Universitetində "monitorinq" adı altında öz niyyətlərini gizli şəkildə həyata keçirməyə çalışıblar", - yazan açıqlama müəllifləri bu nəticənin mənbəyini qeyd etmirlər.

Açıqlama belə bir fikirlə yekunlaşır: "Özlərinin naxçıvanlı olduğunu, bu torpağın nemətləri ilə yaşadıqlarını unudan, ağalarının pul kisəsi xatirinə hər şeyi satmağa hazır olan bu şəxslərin əməlləri işgüzar ali məktəb həyatında gərginlik yaratmağa yönəlib"
XS
SM
MD
LG