Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:31
Dekabrın 16-sı gecə Azərbaycanın tanınmış jurnalistlərindən biri Elçin Səlcuq 45 yaşında vəfat edib. Mərhum serrozdan əziyyət çəkirdi.

Elçin Səlcuq jurnalistikaya «Azadlıq» qəzeti ilə gəlmişdi. O, «Azadlığ»ın ilk saylarından yazmağa başlamışdı. Bu Sovetlər birliyi dönəmində Azərbaycanda müstəqil mətbuatın formalaşması vaxtına təsadüf edir. Elçin Səlcuq həmin təlatümlü günlərdə özünəməxsus cəsarətli yazıları ilə tez bir zamanda məşhurlaşmışdı.

O, 1991-97-ci illərdə «Azadlıq», 1997-98-ci illərdə «525-ci qəzet»də çalışıb. 1998-2001-ci illərdə «Detektiv» qəzetinin baş redaktoru olub. Daha sonra «Proloq» ədəbi həftəliyində çalışıb. Son illər müstəqil köşə yazarı kimi fəaliyyət göstərirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG