Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:28

2009-cu il jurnalist qətlinə görə rekord ildir


Filippində otuz KİV işçisinin qətli 2009-cu ili dünyada jurnalist ölümünə görə rekord il edib. Beynəlxalq hüquq müdafiəçiləri belə hesab edirlər.

Jurnalistləri Müdafiə Komitəsinin yeni hesabatında deyilir ki, 2009-cu ildə azı 68 jurnalist qətlə yetirilib. Bu göstərici 2008-ci illə müqayisədə 60 faiz çox deməkdir. Qətllərin sayına görə Flippindən sonra ikinci yeri Pakistan tutur – burada dörd jurnalist öldürülüb. Üçüncü yerdə isə Rusiyadır – üç jurnalist. Bu siyahıda Əfqanıstan, Meksika, Şri-Lanka, Kolumbiya, Fələstin və Venesuellanın da adı var.

Hesabatda deyilir ki, öldürülən jurnalistlərin yarıdan çoxu qəzetlərdə və bloqlarda çalışanlar olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG