Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:17

Azərbayanda snayper tüfəngləri istehsal olunacaq


Azərbaycan 2010 – 2011-ci illərdə dünyada ən böyük - 23 və 30 mm çaplı snayperlərin istehsalını planlaşdırılır. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov APA-ya müsahibəsində belə deyib. O bildirib ki, bunlar sırf milli məhsul olacaq və yerli mütəxəssislər tərəfindən işləniləcək. Nazir həmçinin deyib ki, artıq «İnam», «Zəfər», «Zəfər-K» kimi NATO standartlarına cavab verən tapança modellərinin, həmçinin optik nişangahların, ov tüfəngləri üçün patronların istehsalına başlanıb.

Yavər Camalov onu da deyib ki, gələn il 12 istehsal sahəsinin yenidən qurulması və təmir işlərinin aparılması, həmçinin, həmin sahələrdə inkişaf etmiş ölkələrdən 8 adda müdafiə təyinatlı məhsulların istehsalı üçün müasir texnologiyaların alınıb gətirilməsi də nəzərdə tutulur.
XS
SM
MD
LG