Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:43

İki ay qazdılar, Lorkanın sümükləri tapılmadı...


İspaniyada məşhur inqilabçı şair Federiko Qarsia Lorkanın qəbrinin axtarışları xeyli çətinləşib. Ekspertlərin onun Qranada yaxınlığında dəfn olunduğu güman edilən kütləvi məzarlığın yerini müəyyən etmək cəhdləri uğursuzluqla nəticələnib.(DPA agentliyi)

Millətçi general Franko tərəfindən 1936-39-cu illərin vətəndaş müharibəsi zamanı güllələndiyi güman edilən Lorkanın 5 tərəfdarı ilə birgə Alfakar kəndinə yaxın yerdə kütləvi məzarlıqda dəfn olunduğu təxmin edilir.

Yerli hakimiyyət həmin ərazini qazıntılar üçün hasara alıb.

Uğursuzluğa baxmayaraq lorkaşünas alim İan Gibson “El Pais” qəzetinə deyib ki, o sözügedən ərazidə şairin sümüklərinin tapılacağına ümidini hələ də itirməyib.

Axtarışlar məhz Gibson kimi alimlərin təşəbbüsüdür. Onlar Lorkanın ölümü haqda həqiqətin ortaya çıxması və sümüklərinin şairin adına layiq şəkildə torpağa tapşırılmasına çalışırlar.

Lorkanın qohumları əvvəlcə axtarışların əleyhinə çıxıblar və şairin repressiyanın naməlum qurbanlarından ayrılmasına etiraz ediblər.

Amma sonradan fikirlərindən dönüblər və şairin sümüklərinin tanınması üçün DNT nümunəsi verməyə razı olublar.

Bundan sonra hakimiyyət qazıntılara icazə versə də, iki aydır davam edən axtarışlar heç bir nəticə verməyib.

Kütləvi məzarlığın olduğu güman edilən 6 yerdən 4-də qazıntılar aparılsa da, sümük tapılmayıb. Qazıntı işlərinin gələn həftə tam yekunlaşacağı gözlənilir.

Axtarışlardakı uğursuzluq Lorkanın ölümü ilə bağlı başqa fərziyyələr haqda daha çox danışılmasına rəvac verib.

Belə fərziyyələrdən birinə görə, Franko şairin edamının beynəlxalq aləmdə böyük etiraz doğuracağından ehtiyatlanaraq kütləvi məzarlığın açılması və Lorkanın nəşinin gizli saxlanan başqa bir yerdə basdırılması haqda göstəriş verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG