Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:15

Rasmussen Medvedevlə görüşüb


Rusiyada səfərdə olan NATO-nun baş katibi Andres Forq Rasmussen bu gün prezident Dimitri Medvedevlə görüşüb.

Rasmussen Rusiyanı Əfqanıstandakı alyansla əməkdaşlığa çağırıb.

O bildirib ki, Əfqanıstandakı missiyanın iflasa uğraması Orta Asiya və Rusiya boyunca terror təhlükəsini artırar.

Medvedev isə Rusiyanın NATO ilə əməkdaşlığı artırmağa hazır olduğunu bildirib və qeyd edib ki, qarşılıqlı hərəkət və bir çox şeyləri müzakirə etmək üçün çox səbəblər var.

Dimitri Medvedev terror və cinayətkarlığın ümumi problem olaraq qaldığını bildirib.

Bu Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Rasmussenin Rusiyaya ilk səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG