Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:00

Berluskoninin palatasına girmək istəyən adam saxlanıb


İtaliya polisi Milan xəstəxanasında baş nazir Silvio Berluskoninin yatdığı palataya
girmək istəyən adamı saxlayıb.

Ötən gecə palatanın yaxınlığında saxlanmış 26 yaşlı bu gəncin ruhi xəstə olduğu güman edilir.

Onun üstündə silah və ya hər hansı bir təhlükəli əşya olmayıb.

O sadəcə baş nazirlə görüşmək istədiyini bildirib.

Berluskoni bazar günü Milanda avtoqraf paylayarkən bir nəfər ona hücum edərək 2 dişini və burnunu sındırıb.

Onun ruhi xəstə olduğu bildirilir.
XS
SM
MD
LG