Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:11

Məhkəmə Ümid Partiyasının Məzahir Pənahova qarşı şikayətinə baxacaq


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov
Dekabrın 16-da Apellyasiya məhkəməsində Ümid Partiyasının MSK sədri Məzahir Pənahovla bağlı şikayətinə baxılacaq.

Partiyanın Mətbuat Xidmətinin rəhbəri Ənvər Ağazadənin AzadlıqRadiosuna dediyinə görə, MSK partiyadan namizədliyi irəli sürülən 82 nəfərin şikayətinə baxmadan onların namizədliyinin qeydə alınmaması barədə qərar qəbul edib. Ənvər Ağazadə deyir ki, MSK bu addımını şikayətlərə baxılma müddətinin bitməsilə əlaqələndirib.

«İddia vəzifəli şəxsin qanunsuz hərəkət və hərəkətsizliyinin aradan qaldırılmasıyla bağlıdır».

Ənvər Ağazadə onu da deyir ki, namizədliyini irəli sürən partiya üzvlərilə bağlı qərar noyabrın 12-də verilsə də, onlara bu barədə 14 gün sonra məlumat verilib və onlar da qanunvericiliyə uyğun olaraq üç gün müddətində MSK-ya bu barədə şikayət ediblər.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, Ümid Partiyasının xeyli müraciətləri olub və MSK da həmin müraciətləri araşdırıb müsbət qərar qəbul edib. Amma qaldı ki, noyabrın 26-dan sonra partiyanın MSK-ya göndərdiyi şikayətlərlə bağlı səsləndirdiyi iddialara Azər Sarıyev bu iddiaları əsassız sayır.

Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Artıq ölkədə təşviqat kampaniyası gedir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG