Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

«Azərbaycanda antiamerika təbliğatı getmir»


«Azərbaycanda antiamerika təbliğatı getmir». Bunu dekabrın 16-da jurnalistlərə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Həsənov deyib ki, Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, bu müttəfiqlik əlaqələrinə sadiq qalır, bundan sonra da bu siyasəti davam etdirmək əzmindədir:

«Əlbəttə, biz Dağlıq Qarabağda əziyyət çəkən, yardıma ehtiyac olanlara yardım edilməsinin əleyhinə deyilik. Amma Dağlıq Qarabağda belə yardıma ehtiyacı olan insanlar varsa, bu da azərbaycanlı icmasıdır. Onlar öz yurd-yuvalarından didərgin salınıb, neçə illərdir çadırlarda yaşamağa məcbur ediliblər. Bizim də tələblərimiz ondan ibarətdir ki, ABŞ cəmiyyəti bu məsələləri nəzərə alsın. İstər-istəməz bu yardımlar Dağlıq Qarabağda etnik separatizmin güclənməsinə xidmət göstərir, problemin nizamlanmasına mənfi təsir göstərir. Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Parlamenti də əhalinin narazılıq əhval-ruhiyyəsindən çıxış edərək ABŞ-a belə müraciətlər ünvanlayır».

Əli Həsənov bildirib ki, ABŞ dünya siyasəti yürüdən dövlətdir və onun qəbul etdiyi qərarlar konqresmenlərin təsadüfi olaraq irəli sürdüyü təkliflər üzərində qurula bilməz.

Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib. /Trend/
XS
SM
MD
LG