Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:17

İlham Əliyevin 2,6 milyardlıq yol layihəsi


Dünyada ad qazanmış Los Ancelesin məşhur sürət yolları. Bu yollar Azərbaycana da gələcəkmi?
Dünyada ad qazanmış Los Ancelesin məşhur sürət yolları. Bu yollar Azərbaycana da gələcəkmi?

Azərbaycanın Şərqi ilə Qərbini birləşdirən yüksək sürətli avtomobil yolu çəkiləcək. 2,6 milyard qiməti olan bu şossenin tikintisi İlham Əliyevin qərarı ilə Amerika şirkətlərinə həvalə olunacaq.

Bu haqda ABŞ-da dərc olunan Vaşinqton Taymsın inetrnet səhifəsində yerləşdirilən məqalədə deyilir.

Məqalənin müəllifi Kaspian Enerci Konsaltinq şirkətinin prezidenti S.Rob Sobhani yazır ki, İlham Əliyev bu qərarı ilə bir tərəfdən Amerikanın ağır vəziyyətə düşən kiçik biznesinə kömək etmək, digər tərəfdən isə əmin olmaq istəyir ki, çəkilən yol həqiqətən də 21-ci əsrin tələblərinə cavab verəcək.

Yazıda deyilir ki, bu nəhəng layihə Ameriklılar üçün yeni iş yerləri deməkdir. Layihəyə cəlb olunan şirkətlər Azərbaycana öz materialları, texnologiyaları və yüksək ixtisaslı peşəkarları ilə gələcəklər.

Layihə İlham Əliyevin qərarı kimi təqdim olunur, onun müddətləri və digər təfərrüatları bildirilmir.

Amerika-Azərbaycan münasibətlrəinin perspektivindən yazan müəllif qeyd edir ki, Azərbaycanın Sovet keçmişindən müasir kapitalist ölkəsinə uğurlu keçidini təmin edən İlham Əliyevi Vaşinqtona dəvət etməklə Barak Obama Azərbaycan-Amerika münasibətlərinin daha da genişlənməsinə təkan verə bilər.

MƏQALƏNİN TAM MƏTNİNİN TƏRCÜMƏSİNİ BURADA OXU
XS
SM
MD
LG