Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

Türkiyədə dükan sahibi etirazçıları güllələdi


Türkiyədə kürdlərin Demokratik Toplum Partiyasının bağlanmasına etiraz edərək iğitişaşlar törədən 2 etirazçı başqa bir vətəndaş tərəfindən öldürülüb, bir neçəsi yaralanıb.

Hadisə, dekabrın 15-də Muş şəhərində baş verib. Bir mağaza sahibi etirazçıların dükanına zərər vurmasından qəzəblənib və silahla onlara atəş açıb. Nəticədə 2 etirazçı ölüb, 7-si yaralanıb. Ancaq iğtişaşlar davam edib, nəticədə şəhərdəki onlarla mağaza və maşınlar yandırılıb.

Ötən həftə Konstitusiya Məhkəməsi kürd partiyasını bağlayandan sonra kürdlər Türkiyənin müxtəlif şəhərlərində etirazlar və işğtişaşlar törədib, mağazalara, maşınlara hücum edib, polislə çatışmaya giriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG