Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:52

Eynulla Fətullayevin işində Azərbaycanı Lətif Hüseynov təmsil edəcək


Hüquqşünas Lətif Hüseynov

Hüquqşünas Lətif Hüseynov

Avropa İnsan Hüquqları Məhkəməsində jurnalist Eynulla Fətullayevin işinə baxılması prosesində Azərbaycanı hakim Xanlar Hacıyevin əvəzinə hüquqşünas Lətif Hüseynov təmsil edəcək.

Azərbaycan hökuməti öz iştirak hüququndan imtina edən Xanlar Hacıyevin yerinə Hüseynovu təyin edib. Bu barədə AzadliqRadiosuna Avropa Şurasının mətbuat xidmətindən məlumat veriblər.

L. Hüseynov Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin rəhbəridir və Azərbaycanı AŞ-ın İşgəncələr Əleyhinə Komitəsində təmsil edir.

Avropa Məhkəməsinin qaydalarına görə, hökumətinə qarşı baxılan işdə həmin ölkənin hakimi iştirak etməli və səs verməlidir. Əgər hakim iştirakdan imtina edirsə, onda hökümət digər şəxsi təyin edir. Əks təqdirdə, Strasburq Məhkəməsi özü digər ölkənin hakimini təyin edir.

E.Fətullayevin işinə nə vaxt baxılacağı dəqiq məlum deyil. Lakin bu, tez bir zamanda baş verməlidir və ola bilsin ki, işə artıq yanvar ayında baxılacaq.

«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə 2 dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Aprel ayında o böhtana görə 2,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Oktyabr ayında isə terrorçuluqla hədələməkdə, vergi ödəməkdən yayınmaqda və milli ədavəti qızışdırmaqda təqsirli bilinərək, ümumilikdə 8,5 il həbs cəzasına məhkum edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG