Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:56

«Rus mədəniyyəti bizə türk mədəniyyətindən yaxındır…»


Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli

AzadlıqRadiosunun «Tanınmışlar» proqramının qonağı «Ulduz» jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylidir.

- Elçin bəy, işləriniz necə gedir?

- İşlər normaldır. Mən işdəkiləri yola verirəm, evdə də məni yola verirlər.

- Bir neçə gün idi ki, Bakıda yox idiniz. Haradan gəlirsiniz?

- Gədəbəydən, sevimli şairimiz İlyas Tapdığın 75 illiyi ilə əlaqədar tədbir keçirirdik, oradan gəlirəm. Amma ondan bir neçə gün öncə Moskvadan səfərdən qayıtmışam. Orada «Drujba Narodov» jurnalının təşkilatçılığı ilə MDB yazıçılarının toplantısı keçirilirdi. Mən də orada «Azərbaycan çağdaş ədəbi prosesinə yığcam bir baxış» adı altında məruzə elədim. Oradakı çıxışlardan da belə məlum oldu ki, bizim yazarlar üçün Avropaya önəmli çıxış olan Moskvanın qapılarını yenidən genişləndirmək istəyirlər. Sadəcə olaraq anlayırlar ki, rus mədəniyyəti və post sovet mədəniyyəti bir-birinə çox yaxın mədəniyyətdir nəinki Avropa və Amerika mədəniyyəti.

Eyni zamanda mən öz tərəfimdən onu da deyə bilərəm ki, rus mədəniyyəti bizə müəyyən məqamlarda türk mədəniyyətindən də yaxındır. Çünki biz bir-birimizlə çox uzun müddətə bir yerdə olmuşuq. Bu baxımdan düşünürəm ki, Moskva bizim üçün çox önəmlidir.

Sonra mən «Qolos Rossii» radiosuna müsahibə verərkən də vurğuladım ki, mən müstəqilliyin tərəfində olan adamam. Ancaq çox təəssüf ki, biz vaxtı ilə sovetlər birliyini dağıtdıq və təbii ki, yaxşı bir quruluş qurmaq olardı, əgər Rusiyanın da müəyyən milli məsələlərə yanaşmasında düzgün mövqe olsaydı. Çox təəssüf ki, bu cür oldu və əgər o zaman bizim ziyalılar düşünürdülərsə ki, onlar siyasəti idarə edə bilərlər, sonradan biz başa düşdük ki, insanın ziyalı, istedadlı, savadlı olması hələ onun siyasətçi olmasına dəlalət eləmir. Ona görə mən düşünürəm ki, hər kəs öz işi ilə məşğuldur və indi şükür allaha ki, müəyyən ədəbi, mədəni dairələrdə nüfuzu olan insanlar da başa düşürlər ki, onların funksiyası tamam başqadır. Bax belə söhbətlər oldu Moskvada.

- Son vaxtlar Azərbaycandan Moskvaya səfərlər təşkil edilir. Deputatlar gedib oradakı deputatlarla görüşür, jurnalistlər həmçinin öz həmkarları ilə müzakirələrə gedirlər və sairə. Bax yazıçının gedib orada yazıçılarla görüşməsini həmin prosesin davamı kimi qəbul etmək olar yoxsa bu sırf ədəbiyyat hadisəsidir?

- Yox mən düşünmürəm ki, biz nəyinsə başlanğıcı və davamıyıq. Biz həmin prosesin tərkib hissəsiyik.

- Bunun özü nə qədər vacibdir?

- Rusiya bizim regionda ən böyük ölkədir. Və onun Azərbaycana müdaxiləsi daha çevik və eyni zamanda istənilən məqamda ola bilər. Ona görə də bizim dostlarımızı Amerikada, İngiltərədə axtarmağımız demirəm mənasızdır, amma düşünürəm ki, bizim onlara münasibətimizlə Rusiyaya münasibətimiz fərqli olmalıdır. Bizim Rusiyaya münasibətimiz daha anlaşıqlı, daha başadüşülən olmalıdır.

- Hər halda siyasət oldu də burada?

- Bəli də, elə bu siyasətdi.

- Amma bayaq dediniz ki, artıq hərə öz işi ilə məşğul olmağa başlayıb.

- Yox, mən deyirəm ki, axı mədəniyyətin, ədəbiyyatın öz siyasəti var və bunlar hamısı bir birini tamamlayan şeylərdi. Məsələn, ermənilər Qarabağ münaqişəsində həm də ağıllı siyasət yürütdüklərinə görə Rusiya tərəfindən daha çox dəstəkləndilər. Rusiyada hansı jurnala, televiziyaya getsən orada erməni var. Mən ona görə deyirəm ki, böyük bir ölkəni biz kənara itələməli deyilik. Yəni onlara bizə elədiklərini xatırlatmalıyıq, başa salmalıyıq, ancaq bildirməliyik ki, biz sizinlə dost kimi yaşamağa hazırıq. Bu bizə lazımdır və düşünürük ki, dost kimi biz də sizə lazımıq.

- Azərbaycan ədəbiyyatını nəyə bənzədirsiniz?


- Azərbaycan ədəbiyyatını elə Azərbaycan ədəbiyyatına bənzədirəm. Azərbaycan ədəbiyyatı çağdaş ədəbi məkanda gedən proseslərin yenə də tərkib hissəsidir və müəyyən məqamlarda heç geri də qalmır. Məsələn, bizim poeziyamız çox güclüdür. Nəsrimiz bəli, müəyyən mənada – deyək ki, texnoloji, müəyyən üslub, müəyyən yazı taktikası baxımından, müəyyən ideyaların çözülməsi və təqdim olunması baxımından ola bilsin ki, bir qədər geri qalır. Ancaq son ədəbi nümunələri götürsək mən düşünürəm ki, kifayət qədər normaldır.

AZADLIQ RADİOSUNUN ƏDƏBİYYAT PORTALINDA OXU!

ƏLİABBAS “Gecəyarı hadisə” (HEKAYƏ)

Seymur BAYCAN "Qətl günü" (HEKAYƏ)

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG