Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:28

NATO baş katibi Moskvaya səfər edir


NATO-nun yeni baş katibi Anders Foq Rasmussen bu gün Moskvaya səfər edir. Onun sabah prezident Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşü nəzərdə tutulur. Gözlənilir ki, səfər zamanı əsas müzakirə mövzusu Əfqanıstanda vəziyyət, raketdən müdafiə məsələsi, həmçinin Rusiyanın yeni Avropa təhlükəsizlik arxitekturası ilə bağlı təklifi olacaq.

Şərhçilərin fikrincə, Rasmussenin səfəri daha çox Rusiya ilə münasibətləri yenidən yoluna qoymağa yönəlib. Ötən ilin avqustunda Gürcüstanla müharibədən sonra qurumun Rusiya ilə münasibətlərində geriləmə yaranmışdı.

NATO baş katibinin Moskvaya səfəri dekabrın 17-də başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG