Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

Avropa Şurası və ABŞ Abxaziyanın prezident seçkisini tanımır


Avropa Şurası və Birləşmiş Ştatlar elan ediblər ki, separatçı region olan Abxaziyada keçirilmiş prezident seçkisini tanımır. Avropa Şurasının məlumatında deyilir ki, 27 üzv ölkənin hər biri əvvəlki kimi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Amerika hökuməti də oxşar bəyanatla çıxış edib.

Separatçı lider Sergey Baqapş Abxaziyada keçirilmiş prezident seçkisində səslərin əksəriyyətini toplayıb. Seçkinin nəticəsini Rusiya elan edib. Yalnız Nikaraqua və Venesuella Abxaziyanın müstəqilliyini tanımaqda Moskvaya qoşulublar.
XS
SM
MD
LG