Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:20

«ABŞ prezidenti insan haqları ilə bağlı təzyiqlərini davam etdirəcək»


ABŞ prezidenti Barak Obama Amerikanın məqsədi olan ümumdünya insan haqları ilə bağlı təzyiqlərini davam etdirəcək. Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton belə deyib və bunu “praqmatizmin prinsipi” adlandırıb.

Dünən Vaşinqtonda Corctaun Universitetində çıxış edən xanım Klinton deyib ki, Obama fəlsəfəsi daha çox Birləşmiş Ştatların Çin və Rusiyada insan haqları problemi kimi gördüklərinə verdiyi qiymətdə daha aydın özünü göstərəcək.

Dövlət katibi deyib ki, ABŞ Rusiya liderlərini hələ də cəzasız qalan siyasi fəallar və jurnalistlərin öldürülməsi halları ilə bağlı sorğu-sual etməyi davam etdirir.

Geniş mənada isə Klinton deyib ki, Obama admnistrasiyası bütün dünyada demokratiyaya verdiyi dəstəyi zəiflətməyəcək, çünki bu, insan haqlarını irəli çəkməyin ən effektiv yoludur.

Günün bütün mövzuları

XS
SM
MD
LG