Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:13

Barak Obama bankirləri yardıma çağırıb


ABŞ prezidenti Barak Obama Amerika banklarına müraciət edib ki, milli iqtisadiyyatın dirçəlməsinə kömək etmək üçün daha çox yardım göstərsinlər. Ölkə başçısı dünən aparıcı bank rəhbərləri ilə görüşüb. Deyib ki, Amerika vergiödəyənləri qlobal maliyyə böhranı şəraitində bankları iflasdan qurtarmaq üçün onlara böyük yardım ediblər. Məhz buna görə də indi banklar yardım əlini uzatmalıdır, deyə prezident bildirib.

Prezidentlə görüşdən sonra artıq bəzi banklar edəcəkləri yardımlar barədə açıqlama veriblər.
XS
SM
MD
LG