Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

Kasıb ölkələrin etiraz aksiyası dayandı


Kasıb ölkələr iqlim dəyişikliyinə dair Koepnhagen sammitini boykotu dayandırıblar. Avropa Birliyinin ətraf mühit üzrə sözçüsü Andreas Karlgen bildirib ki, qeyri-rəsmi müzakirələrdə yaranan problem həll olunub.

Bu gün səhər saatlarında inkişaf etməkdə olan ölkələrin nümayəndələri varlı ölkələrin havaya atılan karbonu daha çox azaltmasını tələb edərək danışıqlardan çıxdıqlarını bəyan etmişdilər.

Danimarkanın paytaxtı Kopenhagendə 192 dövlətin qatıldığı bu ətraf mühit sammiti artıq bir həftədən çoxdur davam edir. Dekabrın 18-də keçirilən yekun toplantıda dünyanın 110-dan çox ölkəsinin dövlət və hökumət rəhybərləri iştirak edəcək.

Sammitdə havaya atılan karbon qazının həcminin azaldılması və qlobal istiləşmə ilə mübarizə tədbirləri üçün kasıb ölkələrə milyardlarla dollar pulun verilməsi mexanizmləri müzakirə olunur.
XS
SM
MD
LG