Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:13

Prezident rabitə işçilərini və Xoreoqrafiya Məktəbinin əməkdaşlarını mükafatlandırıb


Prezident İlham Əliyev bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 60-a yaxın əməkdaşının təltif edilməsi barədə sərəncam imzalayıb. Sərəncama görə “Əməkdar Elm Xadimi”, “Əməkdar Müəllim”, “Əməkdar Mühəndis” kimi fəxri adlara layiq görülüb.

Həmçinin bir çoxları “Şöhrət” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və “Tərəqqi” medalı ilə təltif edilib.

Sənədlərdə həmin insanların ölkədə rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə mükafatlandırıldıqları qeyd edilir.

Prezidentin bu gün imzaladığı başqa təltif sərəncamları ilə Bakı Xoreoqrafiya Məktəbinin bir neçə tələbəsi xüsusi təqaüdə, məktəbin beş əməkdaşı da “Şöhrət” ordeni, “Tərəqqi” medalı ilə, həmçinin “Əməkdar Müəllim” fəxri adı ilə təltif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG