Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:24

Namizəd monitorinqlə məşğuldursa...


Emin Hüseynli
Emin Hüseynli
«İndiyə qədər praym-taym (18:00-24:00) vaxtı telekanallarda bələdiyyə seçkiləri ilə bağlı hər-hansı debat, tok-şou nümayiş etdirilməyib. Təbliğat o qədər yox dərəcəsindədir ki, seçici olan vətəndaş səs verəcəyi namizədi üzdən belə tanımır».

Bu sözlər Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun keçirdiyi monitorinqin hesabatındandır.

AzadlıqRadiosunun «İşdən sonra» proqramında da bu hesabat müzakirə olunub.

Hesabata əsasən, YAP-ın təbliğat imkanından imtina etməsinə baxmayaraq, tamaşaçı efirdən yalnız bu partiyanın, onun liderinin və hakimiyyətdə olan başqa nümayəndələrinin təbliğatını seyr edə bilir.

«İşdən sonra» proqramında daha bir maraqlı məqama toxunuldu.

Monitorinqin nəticələrini elan edən RATİ direktoru E.Hüseynli özü seçkidə namizədliyini irəli sürüb.

AzadlıqRadiosunun sualı da bu idi ki, «Namizədin rəhbərlik etdiyi təşkilat monitorinq aparırsa, ona inanmaq olarmı?».

Sadəcə, jurnalist marağından namizəd olduğunu bildirən E.Hüseynli deyir ki, burada maraqların toqquşması yoxdur və onun namizədliyi hesabatın qərəzsizliyinə mane olmur.

E.Hüseynli seçkilərdə bitərəf kimi çıxış edir və heç bir partiyanın üzvü deyil. Monitorinqdə medianın partiyalara ayırdığı diqqətdən söz açılır.

Ekspertlər monitorinq nəticələrinin həqiqəti əks etdirdiyini deyirlər.

Müzakirəni dinləyib, özünüz qərar verin.
XS
SM
MD
LG