Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

Təyyarə heyəti də tətilə qoşulur


Britaniyanın British Airways hava yolları şirkətinin təyyarə heyəti üzvləri də iş yerlərinin azaldılması və iş müqavilələrinin dəyişdirilməsinə etiraz üçün keçirilməsi planlaşdırılan tətilə qoşulmaq qərarına gəliblər.

Dekabrın 22-dən başlamayacaq aksiyanın yanvarın 2-ə qədər davam edəcəyi gözlənir. Bu da xristian dünyası üçün müqəddəs olan Krismas bayramı dövrünə düşdüyündən çox səfərlər üçün çox ciddi əngələ çevrilə bilər.

British Airways şirkətin xərclərini azaltmaq üçün 1700 iş yerini ixtisar etməyi, yeni işə götürülən adamlara daha aşağı əməkhaqqı təklif edilməsini planlaşdırır. Dünyada gedən iqtisadi böhrana görə səfərlərin azaldığından British Airways ciddi maliyyə sıxıntıları ilə üzləşib.
XS
SM
MD
LG