Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:44

Bakı ilə Tehran arasında qaz sazişinin imzalanması gözlənilir


Elmar Məmmədyarovun İran prezidenti Mahmud Əhmədinejadla görüşü gözlənilir
Elmar Məmmədyarovun İran prezidenti Mahmud Əhmədinejadla görüşü gözlənilir
Dekabrın 14-də İrana səfər edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Mənuçöhr Mottaki ilə görüşüb. Görüşdə Azərbaycan və İran arasındakı ikitərəfli və regional münasibətlərin perspektivləri haqqında müzakirələr aparılıb. Bu barədə ANS məlumat yayıb.

İranlı nazir iki ölkə arasında sərhədyanı əlaqələrə toxunaraq gediş-gəlişin asanlaşdırılmasının vacibliyini vurğulayıb: «İran-Azərbaycan əlaqələri hərtərəfli əlaqələrdir və regionda böyük əhəmiyyətə malikdir». M. Mottaki görüşdə enerji sahəsində əməkdaşlığı da müzakirə etdiklərinə diqqət çəkərək İranın Azərbaycan vasitəsilə MDB-nin enerji sisteminə qoşulacağını vurğulayıb.

Elmar Məmmədyarov Qarabağ münaqişəsinin həllində və regionun təhlükəsizliyində İranın «xüsusi rolu» olduğunu deyib. Bu barədə APA məlumat verib.

E. Məmmədyarovun İran prezidenti Mahmud Əhmədinejad, İran parlamentinin sədri Əli Laricani və bu ölkənin Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Səid Cəlili ilə də görüşəcəyi gözlənilir. Birgünlük səfər çərçivəsində keçiriləcək görüşlərdə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq. Bundan əlavə, Azərbaycan-İran hökumətlərarası komissiyanın həmsədri kimi, Elmar Məmmədyarov bu komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparacaq.

Həmçinin, Bakı ilə Tehran arasında qaz sazişinin imzalanması gözlənilir. Bu sazişə əsasən qonşu ölkəyə qaz nəqlinə gələn ilin əvvəlində başlanacaq. İlkin mərhələdə İrana ildə 500 milyon kubmetr Azərbaycan qazı nəql olunacaq. Gələcəkdə isə nəql həcmi imkanlardan asılı olaraq artırılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG