Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:42

Bir qrup Masallı sakini Bakıda aksiyaya cəhd edib


Prezident Administrasiyasında aksiya iştirakçılarını başqa şəxs qəbul edib
Prezident Administrasiyasında aksiya iştirakçılarını başqa şəxs qəbul edib
Dekabrın 14-də bir qrup Masallı sakini dövlət başçısı İlham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşməyə cəhd edib. Bu istəklə Administrasiyanın binası yaxınlığındakı parka toplaşanların tələbi ötən ay həbs edilmiş həmyerliləri Çingiz Həşimov və onun oğlu Yavər Həşimovun tezliklə azadlığa buraxılması olub.

Çingiz Həşimovun qardaşı Əlikram Həşimov AzadlıqRadiosuna bildirib ki, Prezident Administrasiyasında onları başqa şəxs qəbul edib.

«Filarmoniyanın bağına azı 130 nəfər yığışmışdı. Özü də onlar bəzilərinin dediyi kimi narkomanlar yox, hacılar, ağsaqqallar, qadınlar, uşaqlar-yəni Çingizin qohum-əqrəbası və onu istəyənlər idi. 20-yə qədər adam Prezident Administrasiyanın qəbul otağında idik. Biz 3 nəfəri Mikayıl Hüseynov adlı birisi qəbul etdi. Halbuki biz ya prezidentin ya da Ramiz Mehdiyevin qəbul etməsini tələb edirdik. Aldandığımızı anlayıb oradan çıxdıq».

Əlikram Həşimovun sözlərinə görə onlar tələblərinin yerinə yetirilmədiyini görüb Heydər Əliyev Fondu qarşısında aksiya keçirmək istəsələr də polis imkan verməyib.

«Polislə aramızda heç bir qarşıdurma olmadı. Sadəcə bizdən oranı tərk etməyi xahiş elədilər. Adamlar artıq rayona yola düşüblər. Amma məsələ bununla qurtarmayacaq. Biz aksiyalarımızı və qəbula düşmək cəhdlərimizi davam etdirəcəyik».

Masallıda həbs olunmuş sahibkarlar Çingiz və Yavər Haşımovlar bələdiyyə seçkilərində namizədliklərini irəli sürüblər. Qohumları iddia edirlər ki, ata və oğulu bələdiyyə üzvlüyünə namizədliklərini verdikləri üçün həbs ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG