Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:53

Çaves deyir ki, Klintonun xəbərdarlığı təhdiddir


ABŞ dövlət katibi Hillari Klintonun İranla sıx əlaqələr quran Latın Amerikası ölkələrinə etdiyi xəbərdarlıq xüsusilə Venesuela və Boliviya üçün açıq-aşkar təhdid xarakteri daşıyır. Bunu Venesuela prezidenti Uqo Çaves deyib.

Solçu prezidentlərin Kubadakı toplantısında çıxış edən Çaves xanım Klintonun sözlərini “imperiya xislətinin əlaməti” kimi qiymətləndirib.

Klinton ötən həftə Latın Amerikası ölkələrini İranla çox sıx əlaqələr qurmaqdan çəkinməyə çağırmış, bunun onlar üçün pis nəticələr verəcəyini vurğulamışdı.

XS
SM
MD
LG