Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:20

Baş nazirə hücum olub (yenilənib)


İtaliyanın Baş naziri Silvio Berlusconiyə hücum olub. İtaliya mətbuatının xəbərinə görə hadisə Milan şəhərində siyasi tərəfdaşları ilə keçirdiyi toplantısından sonra baş verib.

Görüşdən sonra avtoqraf paylayan Berlusconiyə bir nəfər hücum edərək əlindəki əşyanı baş nazirin üzünə çırpıb, Berlusconi aldığı zərbədən yerə yıxılıb.

İtaliya TV-sı dodağından qan axan Berlusconinin maşına mindiyi anların görüntülərini yayıb.

Baş nazirə hücum edən şəxsin polis tərəfindən saxlanıldığı deyilir. Onun 40 yaşlı Massimo Tartaglia adlı bir kəs olduğu məlum olub.

İtaliya İnformasiya Agentliyi ANSA-nın yaydığı məlumata görə, Tartaglianın 10 illik psixi xəstə tarixçəsi var və onu müalicə edən həkim artıq polisə çağırılıb.

Euronews televiziyasının verdiyi məlumata görə, Berluskoninin aparıldığı hospitaldan artıq məlumatlar da gəlib, Baş nazirin 2 dişi və burun sümüyü sınıb. Həkimlər bu diaqnozu rentgen çəkilişlərinə əsasən bildiriblər.

Berlusconini dəstəkləyən Liqa Nord partiyasının rəhbəri Umberto Bossi bu hücumu Baş nazirə qarşı terror kimi qiymətləndirib.

Son günlər Berlusconi korrupsiya ittihamları ilə növbəti məhkəmə prosesinə cəlb olunmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG